Dünya çempionunu öldürən azərbaycanlı idmançı ömürlük həbs oluna bilər

Dünya çempionunu öldürən azərbaycanlı idmançı ömürlük həbs oluna bilər
Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirli bilinən azərbaycanlı Anar Allahverənov barəsində başlanmış cinayəti işi üzrə ittihamlar təsdiqini tapıb.

Oxu.Az-ın Life nəşrinə istinadən xəbərinə görə, bu barədə Xabarovsk prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
İş baxılması üçün Xabarovsk Vilayət Məhkəməsinə göndərilib. Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.
Xatırladaq ki, avqustun 20-də qarışıq döyüş növləri ilə (MMA) məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçov arasında Xabarovsk şəhərinin "Qalereya” kafesində baş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A. Draçov xəstəxanada keçinib, A. Allahverənov isə hadisə yerindən qaçıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az