Dünya əhalisinin sayı AÇIQLANDI

Dünya əhalisinin sayı AÇIQLANDI

2022-ci ilin avqust ayına olan məlumata görə, dünya əhalisinin sayı artıq 8 milyard nəfəri keçib.

Bu barədə Publika.az "Countrymeters" statistika xidmətinə istinadla xəbər verir.

Bildirilir ki, hazırda planetin əhalisi 8,009 milyard nəfərdir. Eyni zamanda, kişi əhalisi qadınlardan üstündür - 50,5% -ə qarşı 49,5%.

Əhalisinə görə ilk 10 ölkə eyni olaraq qalır: Çin (1,456 milyard), Hindistan (1,418 milyard), ABŞ (336 milyon), İndoneziya (281 milyon), Pakistan (230 milyon), Nigeriya (218 milyon), Braziliya (216 milyon) ), Banqladeş (169 milyon), Rusiya (146 milyon) və Meksika (132 milyon).

BMT-nin məlumatına görə, 2022-ci il noyabrın ortalarına qədər dünya əhalisinin sayı 8 milyarda çatmalı idi.

Xatırladaq ki, bundan əvvəl BMT yaxın 30 ildə dünya əhalisinin 2 milyard nəfər artacağını və 2050-ci ilə qədər 9,7 milyarda çatacağını proqnozlaşdırmışdı.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az