Dünyanı ağladan uşağın son FOTOsu
"Ümranın qanını satdılar"
Suriyadakı qanlı savaşın simvolu olan, dünyanı ağladan uşaq kimi tarixə düşən Ümranın son görüntüsü yayılıb.
İstiPress-in məlumataına görə, Ümran ötən il Hələbə edilən avizərbələr nəticəsində dağıntılar altında qalıb. Onu sağ çıxarmaq mümkün olsa da, qorxmuş, üstü başı qan, toz içində olan görüntüsü dünyaya yayılmışdı. Böyük müzakirələrə səbəb olan foto sosial medianın da ən çox paylaşılan şəkli olub.
Beş yaşlı Ümran Dakneş qorxmuş çəkildə üzündən qan axa-axa təcili tibbi yardım maşınında səssizcə oturmuşdu. Əli ilə başındakı qanı sildikdən sonra onu oturaca silərək təmizləməyə çalışmışdı.
Suriya böhranın rəmzinə çevrilən Ümran ailəsi ilə birlikdə ölkənin kanallarından birinə qonaq olub.
Əsəd qüvvələri tərəfindən edilən bombardımanda yaralandığı iddia edilən uşaq ailəsi ilə birlikdə Hələbdə yaşayır. Suriyalı uşağın atası övladının fotolarından sui-istifadə edildiyini deyib.
"Beynəlxalq media övladımın fotosundan hökumətə qarşı istifadə etməyə çalışıb. Müxaliflər oğlumun qanını satıb və dəfələrlə mənə reportaj üçün böyük pullar təklif edib".