Dünyanı silkələyən iddia: “Tramp hakimiyyətdən uzaqlaşdırılacaq” – Gizlədilməli fakt

Dünyanı silkələyən iddia: “Tramp hakimiyyətdən uzaqlaşdırılacaq” – Gizlədilməli fakt
ABŞ Prezidenti Donald Tramp gələn il Nümayəndələr Palatasının Demokratlar Partiyasının nəzarətinə keçməsindən sonra vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılacağından ehtiyatlanır.

Miq.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Mənbə Trampın bu barədə öz köməkçiləri ilə müzakirələr zamanı danışdığını iddia edib.
ABŞ prezidenti hesab edir ki, 2019-cu ilin yanvar ayında Nümayəndələr Palatasının demokratların nəzarətinə keçməsindən sonra onun impiçment məsələsi Konqresin müzakirəsinə çıxarılacaq.
Mənbə iddia edir ki, Donald Tramp bu halda impiçment ediləcəyinə qəti şəkildə əmindir.
Bundan əvvəl Konqresin Nümayəndələr Palatasının Hüquq Komitəsinin üzvü Cerold Nadler Trampın iki qadına təcavüz etməsi iddiasının gizlədilməsi üçün rüşvət verdiyi iddiası sübut ediləcəyi halda, impiçment məsələsinin müzakirəyə çıxarılacağını istisna etməyib.
Qeyd edək ki, keçmiş porno-aktrisa Stefaniya Klifford və keçmiş model Karen Makduqal Amerika prezidentinin onlara təcavüz etdiyini bildiriblər.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az