Cənubi Qafqazdakı münaqişələr Türkiyəyə mənfi təsir göstərir.
Vətəninfo.az xəbər verir ki, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu İstanbulda enerji sammitində çıxışı zamanı deyib. Davudoğlunun sözlərinə görə, Türkiyə daim Cənubi Qafqazdakı münaqişələrin, həmçinin Dağlıq Qarabağ probleminin həllinin tərəfdarı olub.
Baş nazir deyib ki, Cənubi Qafqazdakı münaqişələrlə yanaşı, qonşu ölkələrdə də problemlər mövcuddur və Ankara regionda sabitliyin tərəfdarıdır.
Davudoğlu bildirib ki, regionda münaqişələrə baxmayaraq, Azərbaycan iqtisadiyyat və energetika sahələrində ciddi uğurlar əldə edib: “Azərbaycanın həmin uğurlarından Türkiyə və Gürcüstan faydalanıb, Ermənistan isə kənarda qalıb. Buna səbəb Azərbaycan torpaqlarının işğalıdır”.
Türkiyənin Baş naziri Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməyə çağırıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR