Əkrəm Həsənov: "Azərbaycanda “uşaqpulu” üçün vəsait demək olar, yoxdur"

Əkrəm Həsənov:
"Azərbaycanın neft-qaz, xüsusilə neftinin pik vaxtı artıq çoxdan ötüb. Neft hasilatımızın pik dövrü 2011-ci ildə idi. Biz artıq varlı ölkə deyilik. Təbii ki, Allahın verdiyi resurslardan səmərəli istifadə etsəydik, bu gün nəinki 500 manat, hətta hər uşağa 1000 manat da verə bilərdik”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov Azərbaycanın neft və qaz gəlirləri ilə bağlı cəmiyyətdə tez-tez səsləndirilən "hamı varlı yaşamalıdır, uşaq pulu verilməlidir” fikrinə münasibət bildirərkən deyib.

 

O bildirib ki, qazanılan pullardan səmərəsiz formada istifadə edilib: "Azərbaycan hökuməti puldan düzgün istifadə edə bilmədi. Bəziləri deyir oğurladılar və s. Bəli, korrupsiya da var, ancaq oğurlamaqdan da əlavə səmərəsiz istifadə edildi. Bilinmədi ki, hara yönəltdilər, düzgün istifadə edilmədi... Bəzən ərəbləri bəyənmirik, amma Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı neft pulundan yetəri qədər səmərəli istifadə etdilər. Bu gün neftdən bir o qədər də asılı deyillər. Yaxşı iqtisadiyyat qurdular, bir sıra sahələri inkişaf etdirdilər. Bizdə isə neft və qazdan başqa iqtisadiyyatın hansı sahəsi inkişaf edib ki? Bu baxımdan da bizdə  "uşaqpulu” üçün vəsait demək olar, yoxdur”.

 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az