Son zamanlar Bakının Yasamal rayonu ərazisində yaşıl ağacların kütləvi şəkildə kəsilməsi halları artmaqdadır.
Bu məsələ ilə bağlı Gununsesi.org-a ilginc məlumat daxil olub.
Həmin məlumata görə, nə qədər qəribə də olsa ağacların məhv edilməsindəBakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin müdiri olduğu deyilən Orxan Məmmədovun adı hallanır.
Belə ki, Orxan Məmmədovun bu əməli yol kənarındakı ticarət obyektlərinin sahibləri ilə işbirliyinin nəticəsikimi qiymətləndirilir.
Maraqlıdır ki, Orxan Məmmədov bu qanunsuzluqlarını edərkən heç kəsdən çəkinmədiyini deyib.
Onunson ağackəsmə əməliyyatı Zahid Xəlilov küçəsində baş verib.
Orxan Məmmədov bağlı daha bir məlumatda onun tabeçiliyində olan işçiləri döyməsi faktları da var.
Belə ki, Orxan Məmmədov Əhliman Alıyev adlı mühəndisi insanların gözü qarşısında döyərək, ona ağır bədən xəsarətləri yetirib.
Bu hadisə ilə bağlı 16-cı polis bölməsində araşdırma aparılır.
Açıqlamasında Əhliman Alıyev hadisəni təsdiq edib. Bununla belə o deyib ki, polis bölməsi xəsarətlərinə baxmayaraq, hadisəni araşdırmaqda süründürməçiliyə yol verir: "Ona görə də mən prokurorluğa şikayət edəcəm. Məni o qədər insanların qarşısında döyərək xəsarət yetirib..
Gununsesi.org Orxan Məmmədovun məhv etdiyi ağacların fotolarını da əldə edib.



Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO