Elmar Məmmədyarov türkiyəli həmkarına başsağlığı verib

Elmar Məmmədyarov türkiyəli həmkarına başsağlığı verib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ankarada baş vermiş dəhşətli terror aktı ilə əlaqədar türkiyəli həmkarı Firudin Sinirlioğluna məktub göndərib. Bu barədə  Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev məlumat verib.

 Nazir terror aktı nəticəsində həlak olanların ailələrinə başsağlığı verib, yaralananlara tez bir zamanda şəfa diləyib: "Azərbaycan terrordan əziyyət çəkən dövlət kimi, terrorun bütün forma və növlərini pisləyir. Azərbaycan hər zaman olduğu kimi, bu faciədə də qardaş Türkiyə xalqının yanındadır”.

APA



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az