Erməni əsgərlər Qarabağda bir-birini QIRIR

Erməni əsgərlər Qarabağda bir-birini QIRIR
Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən hərbi hissələrində nizamnamədən kənar münasibətlər zəminində daha 2 cinayət hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var.
Məlumata görə, döyüş mövqeyində növbədə olarkən hərbi qulluqçular Rubik Avakyan və Serik Gevorkyan arasında baş verən nizamnamədən kənar davranış sonradan davaya səbəb olub.
Digər hadisə zamanı isə Qarabağdan olan əsgərlər tərəfindən hərbi qulluqçu Rafik Xaçaturyan döyülüb. Ayağından zədə alan minaatan bölməsinin əsgəri R.Xaçaturyanın vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya yerləşdirilib.
İşğal olunmuş Ağdərə rayonu istiqamətində yerləşdirilən düşmən bölmələrindən birində də dava baş verib. Davaya səbəb olan hərbi qulluqçu Rafik Avetisyan həbs edilərək İrəvana göndərilib. Hadisə hərbi polis tərəfindən araşdırılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az