Erməni generalların gizli "sxodka"sı
Sarkisyan müdafiə nazirini qovur?
Ermənistanın hakim partiyası Müdafiə Nazirliyinin yeni başçısının kim olacağı barədə müzakirələrə başlayıb. Erməni mətbuatı belə yazır. Yeni təyin ediləcək şəxs bu postda Vigen Sarkisyanı əvəz etməlidir. Onun getməli olduğu barədə qərar artıq verilib.
"Aykakan Jamanak” yazır ki, erməni generalların gizli toplantısı paytaxt İrəvandakı restoranlardan birində baş tutub. Burada keçmiş müdafiə naziri Seyrah Ohanyan, fövqəladə hallar naziri David Tonyan, onun müavini Ara Nazaryan və başqa rəsmi şəxslər iştirak ediblər.
Qəzetin mənbəsinin verdiyi məlumata görə, generalların artıq öz namizədi var. Onun bu posta keçirilməsi son günlər ən fəal müzakirəsi aparılan məsələlərdəndir. Söhbət hazırki föqəladə hallar nazirindən gedir. O, uzun illər keçmiş nazir Seyran Ohanyanın birinci müavini olub. İddiaya görə, generallar yaxın günlərdə öz namizədlərini Sarkisyana təqdim edəcəklər.
Başqa bir erməni qəzeti "Joxovurd” isə yazır ki, Ohanyan generalların iclasının keçirilməsi, özünün orada iştirakını təzkib edib. Lakin bundan başqa suala cavab erməkdən imtina edib.
Bəzi KİV nümayəndələri isə hazırki nazirin dəyişməyəcəini deyirlər.
Görünür müdafiə nazirinin yarıtmaz fəaliyyəti artıq onun havadarlarını da qane etmir. //istipress.com
Miq.az