Erməni hərbçilər Qarabağdan çıxarılır - Detallar açıqlandı

Erməni hərbçilər Qarabağdan çıxarılır - Detallar açıqlandı
"Ermənistan vətəndaşları artıq Qarabağda hərbi xidmət keçə bilməyəcəklər. Bu, siyasi razılaşmanın nəticəsidir. Ordu komandirləri verilən əmri yerinə yetirir, onlara belə əmr verilib”.

Bu barədə erməni hərbi-siyasi analitik Hayk Naqapetyan deyib.

Onun sözlərinə görə, Qarabağdakı erməni hərbçilər çıxarılır: "Bu hərbçilər Ermənistana gəldikdən sonra geri qaytarılmır. Digər tərəfdən, Ermənistandan Qarabağa getmək istəyənlər də Azərbaycan Ordusunun nəzarətindəki yollardan keçməlidir. Misal üçün, kimsə getmək istəyirsə, Gorus yolundan keçməlidir, hərçənd burada bir çox ərazi Azərbaycanın nəzarətindədir. Əslində Ermənistandan Qarabağa gedən hansısa hərbi nəqliyyatın, yaxud personalın hərəkəti də Azərbaycanın nəzarətindədir”.

Erməni analitik qeyd edir ki, Qarabağda hər şey Azərbaycanın nəzarətindədir: "Bu baxımdan, Ermənistandan hərbçiləri, yaxud Ermənistana qayıdan hərbçiləri ora göndərmək mümkün deyil”.  



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az