Erməni jurnalist: “İlham Əliyev Rusiyaya meydan oxudu”

Erməni jurnalist: “İlham Əliyev Rusiyaya meydan oxudu”

Prezident İlham Əliyevin dünən Hərbi Qənimətlər Parkının açılışında səsləndirdiyi fikirlər Ermənistanda da diqqətlə izlənilib.
 
Ovqat.com xəbər verir ki, ermənilərin bir çox media qurumları bu görüşə geniş yer ayırıb, təhlilçilər Prezidentin çıxışını eninə-uzununa şərh ediblər.
 
"Armenianreport”-un şərhçisi Romella Mnatsakanyan "Türkiyə-Azərbaycan yürüşü: Rusiya Ermənistana etibar etməlidir” sərlövhəli məqaləsində yazır:
 
"Əliyev keçən bazar ertəsi Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Bu qənimətlərə orada "Türk-Azərbaycan hərbçiləri tərəfindən ələ keçirilən rus silahları” da deyirlər. Əliyev və Ərdoğan onları hərbi parad adlanan şoularında da nümayiş etdirmişdilər. Hələ o zaman kimi lağa qoyduqları, kimin üzərində qələbəni qeyd etdikləri bəlli idi. İndi bunu bir daha təsdiqlədilər.

 
… Parkın açılışında "Ermənistan bu raketləri haradan aldı? Onlara sahib olmamalı idilər. Bu öldürücü silahın Ermənistanın əlinə necə keçdiyinə dair suala cavab istəyirik. Bu suala hələ cavab almamışıq, amma alacağıq”, - dedi Əliyev. Və bu, artıq Moskva üçün açıq bir çağırışdır. Özü də Türkiyənin Rusiyaya eyni tərzdə meydan oxuduğu bir zamanda. Rusiyanın bu rişxəndi udması ehtimalı azdır. Cavab sərt olmalıdır. Rusiya "Artsax”dakı müharibənin ona qarşı olduğunu birdəfəlik anlamalıdırAnlamalıdır ki, Ermənistanın xaricində onun başqa müttəfiqi yoxdur, olmayıb və olmayacaq. Məhz bu səbəbdən də onu özləri kimi qorumağa məcburdur”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az