Erməni müğənni müsəlman(!) ölkəsində “Artsax” mahnısı oxudu... - FOTO

Erməni müğənni müsəlman(!) ölkəsində “Artsax” mahnısı oxudu... - FOTO
İlham Əliyev: "Müsəlman ölkələri məscidləri dağıdan Ermənistanla necə dostluq edə bilər?..”
 
Qarabağdakı erməni müğənnilərdən biri – Lusine Martirosyan müsəlman(!) ölkəsi sayılan Misirdə separatçı-terrorçu rejimin əski parçasının fonunda konsert proqramıyla çıxış edib.
 
Moderator.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.
 
Məlumata görə,  separatçı erməni rejimi mənsubunun konserti  Qırmızı dəniz sahilindəki məşhur turizm mərkəzlərindən olan Xurqada şəhərində keçirilib.
 
""Artsax" mahnısını böyük ekranda göstərilən  Artsax "bayrağı”nın fonunda oxuyanda, üçrəngli "bayrağımız” hamının gözü qarşısında göstəriləndə çox qürur duydum”- deyə L. Martirosyan bildirib.
 
P.S. İlham Əliyev: "Müsəlman ölkələri məscidləri dağıdan Ermənistanla necə dostluq edə bilər?..”
 
Sultan Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az