Ermənilərdən etiraf: Texnikalarımız Qarabağdan çıxarılır

Ermənilərdən etiraf: Texnikalarımız Qarabağdan çıxarılır

Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin hərbi texnikaları əllərindən alınır.

Miq.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində bir çox paylaşımlar edilib.

Xankəndidə yaşayan Marat Yeqanyan adlı erməni istifadəçi sosial şəbəkə hesabında belə yazıb:

"Hərbi texnikaları Qarabağdan çıxarıb aparırlar”.

O, yazılan şərhlərdən birinə cavab isə olaraq bildirib ki, Xankəndidə texnika daşımaq üçün istifadə olunan çoxlu sayda maşınları müşahidə edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az