Ermənistan ilin əvvəlindən 15 hərbçisini itirib

Ermənistan ilin əvvəlindən 15 hərbçisini itirib
2018-ci ilin əvvəlindən Ermənistan silahlı qüvvələrində xidmət zamanı 9 ölüm faktı qeydə alınıb. Ötən ilin analoji dövründə bu rəqəm 17 nəfər təşkil edib.

Miq.az "Report"a istinadən bildirir ki, bunu Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan deyib.
Onun sözlərinə görə, daha 3 hərbçi ermənilərin təxribata əl ataraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutduğu zaman, 1-i intihar edərək, digər 2-si xəstəlikdən ölüb.
Düşmənin daha 3 hərbçisi isə yol qəzası, bədbəxt hadisə və xidmət qaydalarının pozulması nəticəsində ölüb.
Göstərilən dövr ərzində qətl hadisəsi baş verməyib.
Bununla yanaşı daha 6 əsgər hərbi xidmətə aid olmayan şəraitdə həyatını itirib.
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az