Ermənistan ruslar üçün yeni Ukraynaya çevrilir
Ruslar Ermənistanı tərk edir
Ermənistanda antirus əhval-ruhiyyəsi güclənir.
İstiPress-in xəbərinə görə, bu günlərdə erməni şərqşünası və politoloqu Karina Gevorqyan bununla bağlı kəskin çıxış edib. O deyib ki, son illərin təcrübəsi göstərir ki, Ermənistanı rus iş adamları və şirkətləri tərk etməyə başlayıb. Hər şey Ukrayanadakı vəziyyətin eynidir, ruslara aid heç bir resurs qalmamaq üzrədir.
Rusiyanın aktual iqtisadiyyat institutunun direktoru Nikita İsayev problemin kökünü Ermənistan prezidenti Serj Srakisyanın Rusiyaya tərəf həddindən artıq yönəlməsində görür. Əks mövqedə dayanan siyasətçilər həm prezidentin, həm də Rusiyanın ölkədə aşağı reytinqə malik olduğunu israr edir. Nəticədə, ötən ilin yayında Ermənistanda rusofobiya 82 faizə qədər qalxıb. Son parlament seçkilərindən sonra üzə çıxan saxtakarlıq halları ölkədə dövlət qurumlarının legitimliyini kölgə altında qoyub.
Hazırda erməni ictimaiyyətinin hakimiyyətdən yeganə tələbi siyasi xəttin Qərbə doğru yönəldilməsidir. Burada Avropa Birliyi və NATO-ya inteqrasiya aparıcı yerlərdən birini tutur.
Rusiyanın təsirinin azalması erməni mətbuatında da özünü göstərir. İndi rusmeylli mətbuat Sputnik-Armenia və News Armenia-dan ibarətdir. Digərləri isə müstəqil və ya Qərbyönümlü kütləvi informasiya vasitələridir.
Erməni və rus ekspertləri gələcək üçün daha bədbin proqnoz verirlər. Onların fikrincə, rusofobiyanın bu cür şəkildə davam etməsi Rusiya kimi böyük qardaşın böyük düşmənə çevrilməsi ilə nəticələnəcək. Perspektivdə Ermənistanın Ukrayna, Baltikyanı ölkələr və Moldova kimi dövlətlərə çevrilməsi mümkündür.
Miq.az