Ermənistan Volkovu Kəlbəcər təxribatı ilə qarşıladı

Ermənistan Volkovu Kəlbəcər təxribatı ilə qarşıladı

– Düşünürəm ki, bunun üçün Özbəkistan Türkiyə və Pakistana müraciət etməlidir ki, 10 min civarında ordu qüvvələri oraya yerləşdirilsin. Bu halda Rusiya özünü bir qədər "yaxşı” aparmağa məcbur olacaq. Əks təqdirdə, Qazaxıstanla bağlı atılan addımlar analoji olaraq Özbəkistanla bağlı da atılacaq. Ola bilsin ki, Rusiya Özbəkistanla bağlı fərqli sxemdən istifadə edəcək, amma terrorçu dediyi uydurma faktoru əsas gətirəcək. Özbəkistan Kremlin təxribatlarına hazır olmalıdır. Bilirsiniz, Rusiyaya qarşı yeganə vasitə gücdür ki, bu gücü göstərmək lazımdır. Kremllə gücdən başqa vasitələrlə mübarizə aparmaq çətindir. Rəsmi Daşkənd önləyici tədbirlər həyata keçirməsə, Qazaxıstanda yaşananlar Özbəkistanda təkrarlanacaq və Özbəkistan da işğal olunacaq.

Kreml Lukaşenkonun dili ilə Daşkəndə mesaj verdi ki, Özbəkistan Rusiya qoşunlarını rahat şəkildə ərazisinə buraxsın və qoşunların dislokasiyası, yerləşməsi, mühüm obyektlərə kommunikasiyalara nəzarəti təmin olunsun. Belə deyək ki, Rusiya Özbəkistana bunu Qazaxıstanda olduğu kimi güc yolu ilə etməməsi üçün şəraitin yaradılmasını istəyir. Lukaşenko əslində bunu demək istəyirdi.

Dünən Azərbaycan və Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələri növbəti təxribata əl atıb. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarına yeni komandanın təyin edildiyi gün bu terror aktının törədilməsinin heç bir məntiqli açıqlaması yoxdur. Tək bir səbəb var. O da budur ki, Ermənistan Qazaxıstandakı mövcud durumu və yeni rus komandanın təyinatını fürsət bilərək, son aylarda Kəlbəcərdə vəziyyətin gərginliyi və buraya xarici hərbi müdaxilənin "vacibliyini” göstərmək üçün yeni bir bəhanə axtarırlar.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
General Ermənistanın törətdiyi terror aktları ilə bölgədə vəziyyətin gərgin olduğu görüntüsünü vermək istədiyini qeyd edib:

"Ermənistanın digər məqsədi isə Azərbaycanı yanlış və düşünülməmiş addımlar atmağa təhrik etməkdir. Hər zaman vurğuladığımız kimi, şəhid olan və yaralanan hər bir Azərbaycan əsgərinin intiqamı mütləq alınmalı, atəşin açıldığı silah sistemləri, post və atəş açan erməni terrorçuları yox edilməlidir – necə ki, ötən gün bu baş verdi. Azərbaycan Ordusunun törədilən terror aktına layiqli cavab verdiyinə artıq kimsə şübhə etmir. Lakin Azərbaycanın Ermənistanın hazırladığı tələyə düşməməsi çox vacib məsələdir.

Son nəticədə bu terror aktı bir təsadüf deyil və Ermənistan sülhməramlıların yeni komandanına "xoş gəldin” mesajı verməyə çalışır”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az