Ermənistana yeraltı hücum

Ermənistana yeraltı hücum
Yaşlı ermənilər Tanrının qəzəbinə gəldiklərini düşünürlər

İlanlar Ermənistana hücum etməkdə davam edirlər.

Yayın girməsi ilə respublika ilanların indiyə kimi görünməmiş hücumuna məruz qalıb. Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər. İlin əvvəlindən artıq vətəndaşlardan ilanların hücumu ilə bağlı 500 çağırış daxil olub.

Əsas çağırışlar İrəvanın payına düşüb. Özü də qorxu ondadır ki, ilanların böyük hissəsi zəhərlidir. Onların sancmasından artıq insanlar zərər çəkiblər. Yerli mütəxəssislər ilanların məhz Ermənistana bu cür kütləvi hücumunun nə ilə bağlı olmasını düz-əməlli izah edə bilmirlər.

Bəzi alimlər bu hücumu kəskin istilərlə bağlayırlar. Amma Orta Asiyanın  bir sıra respbulikalarında temperatur daha yüksəkdir. Cənubi Qafqazda da hava elə sərin deyil.

Buna görə də yalnız müdrik qocalara inanmaq qalır, çünki onlar həyatlarında çox şey görüblər. Onların hamısı deyir ki, bu, Tanrının qəzəbidir, hətta erməni siyasətçilərinin törətdiyi cinayətlərə görə intiqam addımıdır. Yaşlılar deyir ki, Ermənistanda bundan da isti yaylar olub, amma bu qədər ilan olmayıb.

Bəs, onlar göydən yağırlar? Başqa cür fikirləşənlər də var - bu sürünənləri İrəvan siyasətçilərinə çox doğma olduğunu deyirlər. İlanlar da onlar kimi gözlənilməz, qəddardırlar, istənilən yerə dürtülə bilirlər, qəfil hücum edib, sürətlə aradan çıxmağı bacarırlar.

Mən, şəxsən, bunu Dağlıq Qarabağda baş verənlər bənzədirəm. İrəvan siyasətçiləri dünyanın hər yerindən macərə axtaran erməni yaraqlıları ora dəvət etdilər. Onlar da yerli əhali adı altında hava, su, üstəgəl bütün Qarabağı tələb etməyə başladılar. Onlardan sağ qalanları yaxşı pul qazandılar və sonra sürüşüb öz ölkələrinə getdilər. İstənilən, halda çox oxşardılar. //İstipress.com
 
Miq.az        


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az