Ermənistanın Ararat vilayətində məktəblilər arasında kütləvi zəhərlənmə baş verib.
Vətəninfo.az-ın məlumatına görə, Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Səhiyyə Nazirliyinin yaydığı rəsmi məlumatda azı 45 uşağın zəhərləndiyi bildirilir.
Nazirliyin məlumatında deyilir ki, Baqramyan kəndindən olan bir neçə şagird ürəkbulanma, başgicəllənmə, ümumi zəiflik və mədə ağrısı şikayətləri ilə həkimə müraciət edib. Onlarla digər məktəblidə də oxşar əlamətlər qeydə alınıb.
Hazırda 43 məktəbli xəstəxanalara yerləşdirilib. Daha 2 şagird isə ambulator müalicəyə buraxılıb. Şagirdlər məktəbin bufetində hot-doq yeyəndən sonra bu vəziyyətə düşdüklərini deyiblər.
Bu, Ermənistanda uşaqların qidadan kütləvi şəkildə zəhərlənməsinə dair ilk belə hal deyil. 2014-cü ilin noyabrında da İrəvandan 20 km aralıdakı Yeqvard qəsəbəsindəki uşaq bağçasında 70-dən çox azyaşlı qidadan zəhərlənmişdi.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL