"Əsas olan sağlam rəqabətdir və mən də buna çalışıram"

Bəstəkar-müğənni Elza Seyidcahan qarşıdan gələn parlament seçkilərində iştirak edəcək. 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmayan müğənninin şikayəti Mərkəzi Seçki Komissiyasında keçirilən iclasda təmin olunub. Bazar günü onun namizədliyi qeydə alınıb. Elza Seyidcahan seçkilərlə bağlı  danışıb.

Müğənni deyib ki, ona qarşı edilən haqsızlıqlara cavab olaraq namizədliyinin qeydə alınması özü üçün böyük qələbədir:

"Təqdim etdiyim550 imzadan 43-nün saxta, 180 seçicininisəverdikləri imzanın etibarsız hesab edilməsi mənə qarşı haqsızlıq idi. Bununla bağlı namizədliyimi qeydə almayan dairə seçki komissiyasından MSK-ya etdiyim şikayətə baxılaraq hüquqlarım bərpa edildi. Haqq-ədalət öz yerini tapdı”.

Elza Seyidcahan qeyd edib ki, indi o, 54 saylı Şabran-Siyəzən seçki dairəsində təbliğat-təşviqat kampaniyasına hazırlaşır.

"Mənim bu saat başım seçki işlərinə qarışıb, seçicilərlə fəal görüşlərə hazırlaşıram. Yaxın günlərdə təbliğat-təşviqat kampaniyasına başlayacam. Artıq şüar və plakatların hazırlanması üçün ciddi şəkildə hazırlıq gedir. Tezliklə təşviqat kampaniyamı hansı formada həyata keçirəcəyimlə bağlı mətbuata açıqlama verəcəyəm”.

Bəstəkar-müğənni namizədliyini sürdüyü dairədəki rəqibləri haqqında da danışıb:

"Deputat Tahir Süleymanov namizədliyimi irəli sürdüyüm 54 saylı Şabran-Siyəzən seçki dairəsində əsas rəqiblərimdən biridir. Düşünürəm ki, deputat seçilsəm də, seçilməsəm də mən artıq qələbə qazanmışam. Əsas olan sağlam rəqabətdir və mən də buna çalışıram. Onu da qeyd edim ki, mənim vətənə xəyanətim deyil, xeyrim dəyib. Bu üzdən mən də millətimin vəkili olmaq istəyirəm”.

Qeyd edək ki, Elza Seyidcahan YAP-ın üzvü olsa da, öz təşəbbüsü ilə namizədliyini irəli sürüb və qeydə alınıb.

Modern.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az