Əsəd: “Trampla müttəfiq olacağıq”
Tramp terrorçuluqla mübarizə apararsa, Dəməşqin təbii müttəfiqi olacaq.
Miq.az Axar.az-a istinadən xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd Portuqaliyanın dövlət televizyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, Obama administrasiyasından fərqli olaraq, Tramp əməkdaşlığa can atır:
"Biz hazırda onun nə etməyə hazırlaşdığını bilmirik. Lakin o, terrorçuluqla mübarzə aparacaqsa, əlbəttə ki, biz terrorçuluqla mübarizə aparan Rusiya və İranla olduğu kimi ABŞ-la da müttəfiq olacağıq”.
Xatırladaq ki, ABŞ-ın yeni prezidenti Donald Tramp Suriyada Bəşər Əsədin hakimiyyətdən devrilməsi üçün yox, İŞİD-in məhv edilməsi üçün çalışacağını deyib.
Miq.az