“Eşşək” ləqəbli oliqarx Laçından-Şuşadan keçib Xankəndinə gəldi...-FOTOLAR

“Eşşək” ləqəbli oliqarx  Laçından-Şuşadan keçib  Xankəndinə gəldi...-FOTOLAR

Q.Sarukyan  Azərbaycanın Qələbəsindən sonra köçkün düşmüş soydaşlarının evlə, ərzaqla təmin olunması işinə fəal dəstək verir... 
 
"Çiçəklənən Ermənistan” partiyasının lideri, oliqarx Qaqik Sarukyan Rusiya hərbçilərinin dəstəyi ilə Azərbaycan dövlət sərhədini pozaraq Laçın və Şuşadan keçməklə Xankəndinə gəlib.
 

Moderator.az xəbər verir ki, bu haqda erməni partiya rəhbəri özünün "Facebook” səhifəsində yazıb. 
 
Xankəndində Q.Sarukyan separatçı-terrorçu rejim tör-töküntüsünün indiki rəhbəri Araik Arutyunyan, keçmiş rəhbərlər Bako Saakyan və Arkadi Qukasyanla birgə 9 May tədbirlərinə qatılıb, II Cahan savaşının  erməni veteranlarıyla görüşüb. 
 

Araiklə görüşdə Qarabağ klanı arasında "eşşək” ləqəbi ilə tanınan Q.Sarukyan Yuxarı Qarabağdakı ermənilərin iqtisadi-sosial problemlərini müzakirə edib.
Qeyd edək ki, bu erməni oliqarx  Azərbaycanın Qələbəsindən sonra Qarabağdan digər yerlərə və Ermənistana köçmüş soydaşlarının evlə, ərzaqla təmin olunması işinə fəal dəstək verir. 
 
Sultan Laçın 
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az