Etibar Cəbrayıloğlu: "Cahandar Bayoğlunun "Oka"ya sığan partiyası"

Etibar Cəbrayıloğlu:

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin başçılığı ilə Şuşaya səfər edən nümayəndə heyətinin tərkibində mən də var idim. Qəhrəmanliq paytaxtından mədəniyyət paytaxtına çevrilən Şuşani ziyarət etmək mənə də nəsib oldu. Bu qala şəhərin hər daşı, hər qarış torpağı uğrunda döyüşən, şəhid olan qəhrəmanlar qarşısında baş əyirəm. Üç boyalı bayraqimizi Şuşa qalası uzərində ucaldan qazilərimizə şəfalar diləyirəm, isqalci erməniləri müqəddəs Şuşadan iti qovan kimi qovan igidlərimizi bir qardaş kimi bağrima basıram. 

Şuşa səfəri, orada keçirilən tədbirlər, digər konfessiya rəhbərlərinin verdiyi onəmli açıqlamalar barədə genis yazmaq fikrində idim. Lakin son gunlər sosial şəbəkələrdə, mətbuatda qaldırılan  toz-tozanağı görüb bəzi məsələlərə münasibət bildirmək istədim. 

Hər kəsin söz demək, fikir söyləmək haqqına hormətimi izhar edərək həm də hər hansı bir məsələ barədə danışarkən ədalət hissini itirməməyi, təhqirə yol verməməyi məsləhət görürəm. 

Şeyx həzrətlərinin Şuşa səfəri, subh namazında dini rütbəcə ozundən böyük  Ocaqnejadın önə buraxılmasi müxtəlif aspektlərdən geninə boluna müzakirə edilir. Bu məsələdə fəallıq göstərənlətin hər birinə cavab vermək fikrində və həvəsində deyiləm, buna heç səlahiyyətim də yoxdur. Sadəcə, ədalət hissini itirənləri gorəndə susmaq olmur. Dunən "Xural TV" də Əvəz Zeynallınin qonağı olan  Turan Partiyasının rəhbəri Cahandar Bayoğlunin efirdən dedikləri məndə təəccüb hissi doğurdu. Cahandar bəyi milli azadlıq hərəkatının sıra nəfəri kimi çoxdan tanıyıram, qarşılıqlı hörmətimiz olub. Cahandar bəyin Seyx həzrətlərinin Şuşaya Rusiya və İranin tapşırığı ilə getməsi, Azərbaycanda çevriliş hazırladığı, Turkiyənin bölgədən sıxışdırmağa çalışdığı barədə dediklərini yumusaq ifadə etsəm,  sağlam adamın məntiqinə sığısdırmıram. Ağlı  başında olan hansı adam  Əfqanıstanda baş verən son hadisələri gətirib Şeyx həzrətlərinin Şuşa səfərinə bağlamaq fikrinə düşər? 

İndiki vəziyyətdə Şuşaya səfər Azərbaycan hakimiyyətinin ən üst qatının razılığı əsasında reallasır. Bu sadə məntiqi bilmək ucun partiya sədri olmağa ehtiyac yoxdur. Şeyx həzrətlərinin iki gun çəkən səfərində Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsinin bütün tədbirlərdə iştirakı məncə hər şeyi deyir. C. Bayoğlu Prezidentin xüsusi nümayəndəsini, Türkiyə Cümhuriyyətinin Azərbaycandaki böyük elciliyinin dini muşaviri Zeki  Yavuzu gorməzdən gəlməsi, əvəzində Şeyx həzrətlərinin kabinetində İranin ali rəhbərinin portretini "görməsini"  anlamaq olmur. C. Bayoğlu oz dediklərinə bir "Oka" avtomobilinə sığan partiya üzvlərini demirəm, heç olmasa  özü inanırmı?




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az