Əziz Əzizovun işğal günündə möhtəşəm konserti- VİDEOFAKT

Əziz Əzizovun işğal günündə möhtəşəm konserti- VİDEOFAKT

Cəlilabad rayon icra başçısı özü əslən Cəbrayıl rayonundan olmasına baxmayaraq 23.08.2015 ci il tarixində Cəlilabad rayon Göytəpə qəsəbəsində möhtəşəm konsert tədbiri keçirib.

Təəssüf hissi ilə vurğulamaq lazımdır ki, Əziz Əzizov kimiləri bu tarixi tez unudublar. Bir daha onların yadına salmaq istərdik ki,həmin günü döyüşlərdə 180, atəşkəs dövründə isə 6 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib 90 nəfərə yaxın isə əsir və itkin düşüb. 

Bu kimi tariximizin qara günlərində hər kəs matəm içində olarkən, bu faciənin ağrısını yaşayarkən, bizim Əziz Əzizov kimi məmurlarımız kehf məclisi qurmaqla nəyə görə Cəbrayıl camaatına hörmətsizlik edirlər?

Artıq neçənci dəfədir ki,matəm günlərində konsertlərin verilməsinin şahidi oluruq.
Misal üçün ADNA terrorunun il dönümündə Xırdalanda bayram konserti(30 aprel 2013-),
Eyni tarixdə Fazil Məmmədovun konsert təşkil etməsi, 
Şou-biznes nümayəndələrinin Xocalı soyqırımı günü konsert verməsi 
Və bu gun də Əziz Əzizovun Cəlilabad rayon Göytəpə qəsəbəsindəki möhtəşəm konserti.

Liderinfo.az saytının əməkdaşları həmin konsertin video lentini həvəskar kameralardan lentə alıblar.


Həmin kadrı sizə təqdim edirik.

 
 
[video=http:// ]


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az