Facebook qurucusu Mark Zukerberq "ölüb"

Facebook qurucusu Mark Zukerberq

"Facebook” sosial şəbəkəsində yanlışlıqla yüzlərlə istifadəçinin vəfatı barədə məlumat yayılıb.  Miq.Az-ın xəbərinə görə, bir çox istifadəçinin səhifəsində və profilində onların ölümü haqda banner yerləşdirilib.

Maraqlıdır ki, "Facebook”un qurucusu və rəhbəri Mark Zukerberq də bu yalnışlığın qurbanlarından biridir. Onun səhifəsində belə bir yazı peyda olub: "Biz ümid edirik ki, Markı sevən insanlar onu xatırlamaq və xatirəsini yad etmək üçün başqa insanların paylaşdıqları statlar arasında təsəlli tapacaqlar”.

Hadisə ilə bağlı açıqlama verən "Facebook”un mətbuat katibi bunun dəhşətli səhv olduğunu bildirib: "Biz çox təəssüf edirik”.

Mətbuat katibi konkret nə qədər istifadəçinin səhifəsində bu cür qeydin peyda olduğunu söyləməyib. Söhbət yüzlərlə istifadəçidən gedir. Onların bir çoxu öz vəfatı barədə qeydin skrinşotunu paylaşıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az