Sabiq vergilər naziri Fazil Məmmədov bahalı avtomobillərini satmağa başlayıb.Bakupost-a daxil olan məlumata görə, keçmiş məmur-oliqarx bu avtomobillərini bazar qiymətindən xeyli ucuz təklif edir. Bunun səbəbi isə adına olan əmlakları təcili sürətdə azaltmaq istəməsidir.
F.Məmmədovun yaxın ətrafından sızdırılan xəbərə görə, keçmiş nazirin bir neçə rayonda malikanəsi olub. Hər malikənsinin qarajında isə bahalı avtomobillər saxlayırmış. Satışa da məhz həmin avtomobillər çıxarılıb.
Bu günlərdə keçmiş nazirin Şəmkirdəki evinin qarajında saxlanılan "Land Rover Discovery” maşını satılıb. Məmmədov doğulduğu rayona gedəndə 2011-ci il istehsalı olan ful kompilektasiyalı həmin maşını idarə edirmiş. Avtomobilin 65 000 manata satıldığı bildirilir.
Qeyd olunur ki, avtomobillərin satışı ilə sabiq nazirin bacısı oğlu məşğul olur.
Məlumatlı mənbənin sözlərinə görə, keçmiş nazir təkcə avtomobillərini deyil, bir neçə mülkünü də satışa çıxarıb.
Xatırladaq ki, F.Məmmədov işdən azad olunandan sonra, mətbuatda Vergilər Nazirliyində korrupsiya halların aşkarlanması, buna görə də keçmiş nazirin istintaqa cəlb edilmək ehtimalı barədə xəbərlər yayılıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?