Fransa senatı yanında "Fransa-Qafqaz” Dostluq Qrupunun
vitse-prezidenti, Senatın - Fransa Parlamentinin Ali Palatasının xarici
işlər üzrə komitə sədrinin müavini Natali Qule bu il iyulun 7-də Fransa
hökumətinə suallar ünvanlayıb. Azərbaycanın Fransadakı səfirliyinin
mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, hökumətin
qanunvericilik orqanı qarşısında hesabat prosedurları çərçivəsində xanım
Qule Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində
qeyri-qanuni yaradılmış separatçı rejimin qondarma "prezidenti”nin
səfəri ilə bağlı məsələ qaldırıb.
Xanım Qule sualı verərkən bunları deyib:
"Qafqazda bir neçə dondurulmuş münaqişələr mövcuddur ki, onlardan biri
Azərbaycan və Ermənistan arasında olan Dağlıq Qarabağ məsələsidir. Bu
ilin may ayında Dağlıq Qarabağın qondarma "prezidenti” Fransaya "rəsmi
səfər” edib. "Səfər” çərçivəsində Drom departamenti və Fransanın bir
neçə şəhəri ilə əməkdaşlıq haqqında xartiyalar imzalanıb. Qeyd etmək
lazımdır ki, bu qondarma "respublika” heç bir ölkə, hətta Ermənistan
tərəfindən tanınmır. Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi
münaqişənin dinc yolla tənzimlənməsində mühüm diplomatik rol oynayır.
Xartiyaların imzalanması təkcə Fransanın rəsmi mövqeyi ilə deyil,
beynəlxalq hüququn prinsipləri və normaları ilə bir araya sığmır. Bu,
əslində işğal faktına dəstək verir. Beynəlxalq hüququn tanımadığı bir
ərazi ilə hər hansı sənədin imzalanması yolverilməzdir”.
Fransanın Təhsil və Elmi Tədqiqatlar Nazirliyi yanında dövlət katibi
Tyeri Mandon xarici işlər naziri Loran Fabiusun adından bunları deyib:
"Xanım Qule, siz məsələnin siyasi və hüquqi baxımdan çox mürəkkəb
olduğunu söyləməkdə tamamilə haqlısınız. Qeyd etdiyiniz kimi, Fransanın
bir neçə yerli özünü idarəetmə icması qondarma "Dağlıq Qarabağ
Respublikası” ilə əməkdaşlıq xartiyaları imzalayıb. Bu sənədlər Bako
Saakyanın mayın 18-20-də Fransaya səfəri zamanı imzalanıb. Siz həmçinin
qeyd etmisiniz ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən
biridir, həmçinin Ermənistan və Azərbaycan arasında münaqişənin həll
olunmasında vasitəçidir. Fransa Qarabağı müstəqil dövlət və ya
Ermənistanın bir hissəsi kimi heç vaxt tanımayıb. Müvafiq olaraq, Fransa
bu "qurum” ilə ikitərəfli əlaqə qurmayıb. Fransa hökuməti təəssüf edir
ki, bir neçə icma bu təşəbbüsü göstərib. Bu sənədlərin imzalanması Yerli
İcmaların Ümumi Məcəlləsinin L. 1115-1-ci maddəsinə əsasən
qeyri-qanunidir. Aydındır ki, bu addım qondarma "Dağlıq Qarabağ
Respublikası”nı tanımayan Fransanın beynəlxalq öhdəliklərinə də ziddir.
Xanım senator, siz tamamilə haqlısınız ki, bu vəziyyət tanınmamış digər
ərazilərlə bağlı da baş verə bilər. Sizi əmin edirəm ki, Fransa ATƏT-in
Minsk qrupunun həmsədri kimi bu münaqişənin tənzimlənməsi üçün bütün
qüvvəsini sərf edir. Mən təsdiq etmək istəyirəm ki, bizim Ermənistanla
münasibətimiz Fransanın ATƏT-in Minsk qrupu çərçivəsində ənənəvi bitərəf
mövqeyinə təsir göstərmir və bundan sonra da təsir etməyəcək”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ