Füzulini tərk edən erməni əsgərlər

Füzulini tərk edən erməni əsgərlər
Ermənistan ordusu böyük təhlükədən qaçmağa çalışır

"Səngərlərdə çürümək bizi boğaza yığıb, evə qayıtmaq istəyirik”. Dağlıq Qarabağdakı hərbi hissələrdən qaçmış gənc erməni  əsgərlər hərbi mövqeləri qoyub getmələrini belə izah edirlər.
Onların Ermənistandan hərbi qulluğa çağırıblar, amma guya mövcud olmayan Dağlıq Qarabağın mövcud olmayan ordusunda qulluq edirlər. Bu barədə Rusiya mətbuatı yazır. Bu barədə məqələ dərc etmiş nəşrlər misal kimi avqustun 6-da döyüş mövqelərini özbaşına 4 əsgərin tərk etməsini göstərirlər.
Onları isti izlərlə həbs ediblər və onlara qarşı nizamnaməyə uyğun şəkildə cəza tətbiq edirlər. Bu, Ermənistan ordusunun nizamnaməsidir, yoxsa-yox, dəqiq bilinmir
Hərbi qulluqçu Piropisyan gündüzün erkən saatlarında Azərbaycanın işğal edilmiş Xocavənd rayoununda yerləşən  hərbi hissəsdən qaçıb.  İşğal edilmiş Fizuli rayonunun ərazisnidə yerləşən hərbi hissədən isə avqustun 7-də böyük komandir Xalatyan yox çıxıb. Bir gün sonra o, Ermənistana gedən yolda, özü də sərxoş vəziyyətdə tutulub.
Hərbi hissələrin komandanlıqları fərarilik faktlarının qarşısını almağa çalıvşır. Amma buna həmişə nail ola bilmirlər. Dağlıq Qarabağda yerləşən hərbi hissələrdən birində qəfil yoxlamalar vaxtı 3 əsgərin olmadığı aşkarlanıb. Bu faktı gizlətməyə çalışan zabiti sərt cəza gözləyir.
Ermənimtandan hərbi xidmətə çağrılmış, amma Dağlıq Qarabağda xidmət edən daha çox gənc hərbi mövqelərdən qaçmağa çalışır: "Biz yaşamaq, oxumaq və işləmək istəyirik. Bizə yad olan torpaqlarda ölmək istəmirik".
Erməni ekspertlər düşünür ki, bunun qarşısını necəsə almaq lazımdır. Əks halda, dizertirlik yaxın zamanda kütləvi xarakter alacaq. Bu isə Qarabağdakı erməni hərbi qruplaşmalarının işinə ciddi təsir edə bilər.
Ermənistanın özündə oğulları Dağlıq Qarabağa göndərilmək təhlükəsi qarşısında qalmış anaların hərəkatı güclənir. "Qoy burda - Vətənda xidmət etsinlər, yad torpaqlarda yox",- deyə qadınlar tələb edirlər.  İstipress.com
 
Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az