Gənc oğlan dayısını bıçaqladı- Qaxda + FOTO

 Gənc oğlan dayısını bıçaqladı- Qaxda + FOTO

Qax rayonunda bıçaqlanma hadisəsi baş verib. 

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Şıxlar kəndində qeydə alınıb. 
Belə ki, kənd sakini, 1963-cü il təvəllüdlü Əfqan Əhməd oğlu Xəlilov ailə münaqişəsi zəminində öz bacısı oğlu, 1981-ci il təvəllüdlü Əhmədov Oruc Nurməhəmməd oğlu tərəfindən bıçaqlanıb. O, bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ə.Xəlilovun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. 
Dayısını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb. 
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır. 


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az