“Vətəninfo.az”ın verdiyi xəbərə görə, Azərbaycan “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyinin İdarə Heyətinin ilk toplantısı keçirilib. İdarə Heyətinin sədri Xaliq İldırımzadənin rəhbərliyi ilə keçirilən toplantıda Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri də iştirak edib. Toplantı zamanı ictimai birliyin fəaliyyət planı təsdiq olunub, görüləcək işlərlə bağlı ətraflı müzakirələr aparılıb. Xatırladaq ki, Azərbaycan “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyi fevral ayının 29-da dövlət qeydiyyatına alınmışdır. İctimai Birliyin təqdimat mərasimi iyunun 16-da baş tutmuşdu. Aərbaycan “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyinin başlıca fəaliyyət istiqamətləri sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi, gənc sahibkarların əməli -nəzəri biliklərinin artırılması və biznesin inkişafı üçün investisiyaların cəlb olunmasıdır.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR