Gəncə sakininin meyiti meşədən tapıldı

Gəncə sakininin meyiti meşədən tapıldı
Bir neçə gün əvvəl yoxa çıxan Gəncə şəhər sakinin Göygöldə qətlə yetirilərək basdırıldığı məlum olub.

Miq.az Kəpəz tv-yə istinadən xəbər verir ki, rayon hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir həftə əvvəl itkin düşən Gəncə şəhər sakini, 53 yaşlı Eldar Əliyevin meyiti rayonun Axarca kəndi ərazisində yerləşən meşə massivində basdırılmış halda aşkarlanıb.

Məlumata görə, o Cavid adlı Göygöl rayon sakini tərəfindən bir həftə əvvəl qətlə yetirilərək orada basdırılıb. Cinayəti törədən şəxs saxlanılıb.

Məlumata görə, cinayət törədilən zaman ərazidə bir neçə nəfər olub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma davam edir. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az