Gəncə-Şəmkir yolunda ağır yol qəzası baş verib

Gəncə-Şəmkir yolunda ağır yol qəzası baş verib
Gəncə Şəmkir yolunda "VAZ 2106” və "Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində ağır yol nəqliyyat qəzası baş verib.

"ARB Kəpəz" xəbər verir ki, nəticədə, VAZ 2106-da olan iki nəfər hadisə yerində dünyasını dəyişib. "Mercedes"də olanlar isə 29 yaşlı Rəşad Namazov, onun həmyaşıdı Nicat Zeynalov, 31 yaşlı Vüsal Əhmədov, 27 yaşlı Pərviz Mahmudov və 24 yaşlı Ricat Qafarov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Vüsal Əhmədov xəstəxanada keçinib.

Digər yaralıların vəziyyətləri orta ağırdır. Faktla bağlı araşdırma aparılır.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az