Gəncədə ağır qəza: 20 yaralı - YENİLƏNDİ

Gəncədə ağır qəza: 20 yaralı - YENİLƏNDİ

Gəncədə ağır yol qəzası baş verib.

VİZUAL.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər veir ki, Gəncədə 29 saylı marşrut üzrə hərəkət edən mikroavtobus Ozan küçəsində divara çırpılıb. Qəza nəticəsində 20-yə yaxın sərnişin xəsarət alıb. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdiriliblər.

Yaralılardan 16-nın şəxsiyyəti müəyyənləşdirilib. Onlardan 6-nın vəziyyəti ağır, 10-nun vəziyyəti isə orta ağırdır.

***

Gəncədə sərnişin daşıyan mikroavtobusun divara çırpılması nəticəsində 20 nəfər xəsarət alıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var.

Bu gün saat 14:00 radələrində Gəncənin Ozan küçəsində sərnişin daşıyan mikroavtobus qəza törədib. 29 saylı marşrut üzrə hərəkət edən "Mercedes” markalı mikroavtobus Firdovsi Əliyev küçəsindən Ozan küçəsinə dönərkən əyləc sistemində yaranan problem üzündən yaşayış evinin divarına çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsinin sürücüsü və 19 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 2-nin vəziyyətinin ağır, 17-nin səhhətinin isə orta ağır olduğu bildirilir.

Həkim Şahin Quliyev deyib: "Qəza nəticəsində bizim xəstəxanaya 19 nəfər gətirilib. Onlardan ikisinin vəziyyəti ağır olduğundan dərhal palataya yerləşdirilib. Digərlərinin isə müayinələri davam etdirilir. Bəzilərinin xəsarətləri yüngül olduğundan ambulator müalicədən sonra evə buraxılacaq”.

Xəstəxanadan yaralıların əksəriyyətinin tələbə olduğu bildirilir. Yaralılar bunlardır:

Azər Məmmədov - sürücü

Şəhriyar Cəlilov

Hekayət Əhmədzadə

Arifə Cabbarova

Xəyalə Abdulxalıqova

Ülkər Əfəndiyeva

Afaq Məmmədova

Məryəm Əliyeva

Zəhra Məmmədova

Nərmin Əmirova

Sevda İsmayılova

Zöhrab Namazov

Elmir Cəlilli

Elmira Məmmədova

Milana Məmmədova

Amid Babaxanov

Toğrul Əliyev

İlham Bağırov

Pərvanə Fətəliyeva

Tofiq Eminov

Faktla bağlı araşdırma aparılır.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az