Gəncədə partlayış baş verib, qadın yaralanıb

Gəncədə partlayış baş verib, qadın yaralanıb
Gəncə şəhəri, 4-cü mikrorayon, bina 4 a, mənzil 28-də yaşayan 57 yaşlı Rəqibə Musayeva yaralı halda Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Onun binada qaz sızmasından baş verən partlayış nəticəsində xəsarət aldığı bildirilir. Qadının deməsinə görə, birinci mərtəbədə qeydə alınan partlayışın gücündən mənzilindəki bacanın qapağı qopub və onun başına düşüb.

Sağ əlin barmağının travmatik əzilməsi və başın təpə nəhiyəsinin kəsilmiş-cırılmış yarası diaqnozu qoyulan Rəqibə Musayevaya lazımi tibbi yardım göstərilib və o, ambulator müalicəyə buraxılıb. (ARB TV)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az