Gəncədə tibb bacısını döydülər-Ölən xəstənin qohumları

Gəncədə tibb bacısını döydülər-Ölən xəstənin qohumları

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında tibb bacısı xəstə yaxınları tərəfindən döyülüb.

Naməlum şəxslər qohumlarının ölməsinə etiraz olaraq xəstəxananın tibb bacısını döyüblər.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin (RPİ) Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, bu gün Gəncə şəhərinin "Qırmızı Kənd” deyilən ərazisində evlərdən birinin divarının uçması nəticəsində 2002-ci il təvəllüdlü Sona İsmayılova və onun bacısı 2001-ci il təvəllüdlü Mehparə İsmayılova uçqunun altında qalaraq ağır xəsarətlər alıb. S.İsmayilova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. M.İsmayılovanın vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir. ("Report")

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az