Goranboyda kafedə kütləvi dava baş verib

Goranboyda kafedə kütləvi dava baş verib
Goranboyda kütləvi dava olub, xəsarət alan var.

Rayon sakini, 1983-cü il təvəllüdlü Ramin Ağayev müxtəlif bədən xəsarətləri ilə rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, R.Ağayev rayon mərkəzində olan kafelərin birində kütləvi dava zamanı döyülüb. Onun sərxoş olduğu deyilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA) 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az