Sabiq millət vəkili Gülər Əhmədovanın "Hökumət evi”də yerləşən qəzetinin (Mərkəz) ofisi əlindən alınıb.
VİZUAL.az xəbər verir ki, qafqazinfo-ya daxil olan məlumata görə, "Mərkəz” qəzetinin bu binada yerləşən 15 kabineti başqa dövlət qurumlarına verilib. Belə ki, G. Əhmədovanın təsisçisi olduğu "Mərkəz” qəzetinin "Hökumət Evi”nin beşinci alaqapı, beşinci mərtəbədə yerləşən 12-yədək kabinet Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə verilib. Birinci mərtəbədə G. Əhmədovanın özünün və köməkçilərinin üç kabineti isə Tarif Şurasına verilib.
Bu günlərdə G. Əhmədova da "Hökumət Evi”nə gedərək onun iştirakı ilə həmin otaqlarda "Mərkəz”qəzetinə və Respublika Uşaq Təşkilatına məxsus avadanlıqlar, qəzetin arxivi çıxardılıb.Xatırladaq ki, "Mərkəz” qəzeti üç ilə yaxındır ki, fəaliyyətini dayandırsa da, indiyədək qəzetin "Hökumət Evi”ndəki ofisləri saxlanılırdı və heç bir quruma icarəyə verilməmişdi.
Qeyd edək ki, bu gün report.az saytı eks-deputatın BDU-dan da çıxarılması ilə bağlı məlumat yayılmışdı. Daha sonra Gülər Əhmədova sözügedən məlumatı təkzib edib:
"Mən Bakı Dövlət Universitetinə getmişəm ki, məni işdən çıxartsınlar da?! Bu sentyabrdan işə çıxmamışam. Mən ərizəmi o vaxt yazmışam"
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL