"Report" xəbər verir ki, şirkətin sifarişi ilə Çində hazırlanan "ZJ-20" model qurğusu ən son texnoloji yeniliklərdən istifadə olunaraq hazırlanıb və tam həcmdə xarici sərmayə hesabına maliyyələşdirilib. Qurğunun quruda yerləşən neft və qaz yataqlarında 2000-2400 m dərinliyədək qazma, köhnə quyularda isə əsaslı təmir işlərini 4500 m dərinliyə qədər aparma imkanı var. Yeni qurğunun nominal qaldırma imkanı isə 120 ton təşkil edir. "ZJ-20" model qazma qurğusunun mühərrikinin gücü 450 kVt, yaxud da 610 at gücü, qüllənin hündürlüyü isə 35 metrdir.
Avqustun əvvəlində Azərbaycana gətirilən qurğu "Ramanı" yatağı ərazisində quyu qazılacaq ərazidə quraşdırılıb. Artıq şirkət qurğu üçün iş həcmini də müəyyənləşdirib. Qurğu ilkin olaraq "AzGerneft"MMC-nin sifarişi ilə qazma aparacaq. Bu müəssisə üçün bu il iki, gələn il isə dörd quyunun qazılması üçün sifariş alınıb.
Qurğunun əsas üstünlüklərindən biri də odur ki, yığcam və mobildir, bir quyuda işlər bitdikdən sonra digər quyuya daşınmaq üçün asanlıqla demontaj olunur.
Təqdimat mərasimində "Gulf Drilling Azerbaijan" şirkətinin direktoru İlham Babayev bildirib ki, qurğunu sifariş etməzdən öncə şirkət bütün yenilikləri araşdırıb: "Bildiyiniz kimi, hər sirafişçinin öz tələbləri var. Biz də sifarişçilər arasında birillik və uzunmüddətli planları ilə bağlı sorğu apardıq. Sorğunun nəticəsində məlum oldu ki, bu tipli qurğu bizə lazımdır və bütün tələblər məhz bu qurğuda cəmləşib. Ona görə də böyük həcmdə sərmayə yatıraraq qurğunu sifariş verdik. Qurğu "Ramanı"da "AzGerneft" MMC üçün quyu qazılmasında istifadə olunacaq. Bununla belə, onu da qeyd edim ki, qurğu gələcəkdə təkcə "Ramanı"da deyil, digər ərazilərdəki yataqlarda da istifadə oluna bilər. Başqa şirkətlərdə də həmin dərinliyə uyğun yeni qurğu üçün iş olacağını düşünürük. Əminik ki, qurğu qısa müddətdə sərf olunmuş sərmayəni geri qaytara biləcək".
Qeyd edək ki, "Gulf Drilling Azerbaijan" şirkəti 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Şirkət əsasən Azərbaycanın quruda yerləşən neft və qaz yataqlarında, Xəzərətrafı regionlarda müasir texnologiyaya əsaslanaraq neft, qaz və su quyularının qazılması, quyuların əsaslı təmiri, quyuların qazılmasında xidmətin göstərilməsi, neft hasilatının artırılması metodlarının tətbiqi ilə məşğul olur. Şirkətin əsas məqsədi neft sənayesində dünyanın qabaqcıl texnikası və texnologiyasını əldə etməklə öz maddi-texniki bazasının möhkəmləndirilməsi və ixtisaslı kadr potensialı hesabına dünya neft-qaz sənayesində qabaqcıl, rəqabət qabiliyyətli şirkətlərdən birinə çevrilməkdir.
"Gulf Drilling Azerbaijan" şirkətinin sifarişçiləri: "Suraxanı Oil" ƏŞ, "Balaxanı Oil” ƏŞ, "Bahar Energy" ƏŞ, "Qarasu" ƏŞ, "Gobustan" ƏŞ və "Binaqadi Oil" ƏŞ, "Shirvan Oil" ƏŞ, "Azərsu” ASC, habelə "AzGerneft" MMC.
2008-ci ildən 2015-ci ilin sentyabrın 1-dək şirkət Azərbaycanda "Suraxanı", "Binəqədi", "Mişovdağ", "Balaxanı", "Ramanı" neft və qaz yataqlarında və "Oğuz" su yatağında cəmi 207 quyu qazıb.
Həmçinin, bu müddətdə "Kürovdağ", "Balaxanı", "Suraxanı", "Ramanı" yataqlarında 56 quyuda yan lülələrin qazılması əməliyyatları aparılıb.
Ümumi qazma həcmi 236 min metrə çatır.
Hazırda "Gulf Drilling Azerbaijan" şirkəti "Suraxanı", "Balaxanı", "Ramanı" neft yataqlarında
5 quyuda qazma aparır.

Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ