​OPEK: 2015-ci ildəƏ Azərbaycanda neft hasilatı stabil qalacaq

​OPEK: 2015-ci ildəƏ Azərbaycanda neft hasilatı stabil qalacaq

OPEK 2015-ci ildə dünyanın neftə olan tələbat artımı proqnozunu iyul qiymətləndirməsi ilə müqayisədə sutkada 90 min barel artırıb.

Vətəninfo.az"Report"a istinadən  xəbər verir ki, bu barədə təşkilatın avqust hesabatında bildirilir.

İndi OPEK 2015-ci ildə dünyanın neftə olan tələbatını sutkada 92,7 milyon barel səviyyəsində gözləyir ki, bu da 2014-cü ilə nisbətdə 1,38 mln. barel çoxdur.

Hesabatda bildirilir ki, bu il Azərbaycanda neft hasilatı stabil qalacaq.

"2015-ci ildə Rusiyada neft hasilatı artacaq, halbuki, Qazaxıstan və digər MDB ölkələrində düşə bilər. Azərbaycanda neft hasilatı stabil qalacaq", - deyə hesabatda qeyd olunur.

2016-cı ilə olan proqnoz 100 min barel artırılıb və indi təşkilatın proqnozuna görə, gələn il dünyanın neftə olan tələbatı 2015-ci ilin səviyyəsindən sutkada 1,34 mln barel çox olacaq və sutkada təqribən 94,04 mln barel təşkil edəcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az