Gürcüstana qaçmaq istəyərkən saxlanıldı

Gürcüstana qaçmaq istəyərkən saxlanıldı
Dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədi ilə Azərbaycandan qaçan şəxs sərhəddə saxlanılıb.
Vətəninfo.az-ın xəbərinə görə, bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Məlumata əsasən, oktyabrın 11-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərən bir nəfər Azərbaycan vətəndaşı, 1974-cü il təvəllüdlü Sadıqov Səməd Qüdrət oğlu saxlanılıb.

Müəyyən edilib ki, S.Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədi ilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az