Hadrudda yaşamaq istəyən azərbaycanlılara nə üçün icazə verilmir?

Hadrudda yaşamaq istəyən azərbaycanlılara nə üçün icazə verilmir?

"Hər ehtimala qarşı, məskunlaşmada yubanmaq lazım deyil. Yuxarı Qarabağa 52 min erməni gətirilibsə, elə təkcə Hadruda 40-50 min əhalimizi məskunlaşdırmaqla onun əhəmiyyətini heçə endirmək  mümkündür. Hələ bunun Şuşa və ətraf kəndləri var. Rus sülhməramlılarının nəzarətində olan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə üçün də hesablamalar aparıb ora göndəriləcək əhalimizi  hazırlamaq zamanıdır. Gözləməməliyik ki, Bayden nə deyəcək, Makron nə qırıldadacaq və  Putin yeni nə hoqqa quracaq... "

Bu fikirləri AMEA-nın əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru,dosent Şahin Bağırov Miq.Az-a bildirib. Alim bununla bağlı maraqlı təkliflə də çıxış edib.

Alim deyir ki, yəqin ki, son nəticədə uzağı Madrid prinsiplərini dirildərək "seçki belə gəldi, konvet belə getdi" - söhbətinə qayıdıla bilər:

"Statusla bağlı referendum tələb olunacaqsa da buna hazırlaşmalıyıq. Hətta Hadrudda Ermənistandan  qaçqın  düşənlərimizi  də yerləşdirmək  mümkündür. Halbuki  özləri də  bunu  arzulayır. Amma  yay  istirahəti  üçün dincəlmək  məqsədilə  orda  özü  üçün fazenna  qurmaq  istəyənlərimizi ora  buraxmaq  olmaz. Yaşayıb-yaratmaq,  kənd  təsərrüfatıyla  məşğul  olub  ailəsini  saxlamaq  istəyən istənilən qaçqın  vətəndaşlara  orda  məskunlaşmağa  icazə  verilməlidi.  Halbuki ermənilər  livan, Suriya, İraq  və  s. ölkələrdən erməniləri Qarabağa  gətib  yerləşdirə  bilirlər."-deyə Şahin Bağırov bildirdi.

Alim onu da qeyd elədi ki, ehtimal olunan sitüasiyaların hər birinə hazır olmalıyıq. Ən əsası isə "çomağı yerə qoymamalı" daima müharibəyə hazırlaşmalıyıq!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az