“Axı Arif Hacılı kimdir ki, hökumətdən əhalinin 10 min manatadək olan kredit borclarını bağışlamağı tələb edir? O çalışır ki, bununla öz probemlərini həll etsin”. Vətəninfo.az SİA-ya istinadla xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
MMP sədrinin sözlərinə görə, kredit borclarının ləğv edilməsi ilə bağlı qərarın verilib-verilməməsi Azərbaycan dövlətinin işi və Prezidentin şəxsi səlahiyyətində olan məsələdir: “Heç şübhəsiz ki, Arif Hacılı və onun kimi digərləri gündəmdə qalmaq üçün müxtəlif fəaliyyətlərə əl atırlar. Bu gün dövlət başçısı öz millətinin, xalqının qayğısına çox yüksək səviyyədə qalır. Düşünürəm ki, Prezident istədiyi vaxt istənilən addımı atacaq. Arif Hacılı kimilər gedib öz alverləri ilə məşğul olsunlar. Bu insanlar erməni maliyyəsi ilə işləyir və onlara xidmət edirlər. Onun bütün fikirləri yersizdir. Hesab edirəm ki, ona heç əhəmiyyət də vermək lazım deyil. Bu kimi insanlar Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında dünya dövlətlərini oyunları boykot etməyə çağırdı. Xalq hər şeyi görür və bilir. Arif Hacılı gedib öz işi ilə məşğul olsun”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL