Hakimiyyətdəki Türkiyə əleyhinə qruplaşma zərərsizləşdirildi

Hakimiyyətdəki Türkiyə əleyhinə qruplaşma zərərsizləşdirildi
Azərbaycanda Türkiyə əleyhinə fəaliyyət göstərmiş qruplaşmaların olduğu bir faktdır. Lakin onların bu çirkin fəaliyyətinin qarşısının effektiv şəkildə alındığı da bir həqiqətdir.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Musa Quliyev APA-ya geniş müsahibəsində deyib.

"Antitürkiyə cəbhəsində təmsil olunan şəxslər - Ramiz Mehdiyev, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Əli Həsənov kimiləri artıq zərərsizləşdirilib, hətta bəziləri artıq həbsdədir. Digər tərəfdən, onların əlaqələrə dolayı yolla da olsa ziyan vurmaq, öz zərərli baxışlarını cəmiyyətə sirayət etdirmək imkanları belə sıfır səviyyəsinə endirilib”, - o bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az