Hamilə arvadının boğazını kəsdi, özünü isə bıçaqladı
Gəncə sakini hamilə arvadının boğazını kəsib, özünü isə bıçaqlayıb.
"Report"un məlumatına görə, hadisə şəhərin Kəpəz rayonu ərazisində yerləşən "Sərçə bazarı"adlanan ərazidə baş verib.
Hələlik adı məlum olmayan şəxs hamilə arvadının boğazı kəsdikdən sonra intihara cəhd edərək özünü bıçaqlayıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən əməliyyata alınan yaralının vəziyyəti ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Miq.Az