Hədə-qorxu yolu ilə pul tələb edən şəxs 7 il müddətinə cəzalandırılıb- (FOTO)
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Elşən Kazımovun CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Miq.az-ın məlumatına görə, Elşən Kazımov tanıdığı qadına məxsus fotoları sosial şəbəkələrdə yayacağını bildirərək, zərərçəkmişdən hədə-qorxu yolu ilə pul alıb. Bununla əlaqədar sonuncu polisə şikayət edib və keçirilmiş əməliyyat nəticəsində Kazımov saxlanılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Miq.Az