Hələb yenidən bombardman edilir
Humanitar fasilənin bitməsi ilə mühasirədə qalan Hələb şəhəri yenidən havadan bombardmana məruz qalıb.
Avropa.info xəbər verir ki, Suriya aviasiyası müxaliflərin əlində olan şəhərin qərb rayonlarına zərbələr endiriblər. Bu barədə Suriya İnsan Haqları Monitorinq qrupu məlumat yayıb.
Bombardman zamanı 4 nəfər, o cümlədən 1 uşaq ölüb.
Suriya ordusu müxaliflər tərəfindən yeni ələ keçirilmiş məhəllələri atəşə tutub. Mühasirədə qalan müxaliflər artıq bir həftədir ki, mühasirəni yarmağa çalışırlar. Döyüşlər zamanı 232 nəfər ölüb. Onlardan 145 nəfəri dinc sakindir.
Qeyd edək ki, dünən 19:00-da Rusiyanın Hələbdə elan etdiyi humanitar fasilə başa çatmışdı.
Miq.az