Hərbi ekspert nazirləri TƏNQİD ETDİ: "Koronavirusla bağlı bu günkü mətbuat konfransı..."

Hərbi ekspert  nazirləri TƏNQİD ETDİ:

Əziz dostlar! Hörmətli həmkarlar!

Mən bu biabırçılığa heç cürə susa bilmərəm və QƏTİ ETİRAZIMI bildiriəm belə son dərəcə dövləti və həyatı məsələyə primitiv yanaşmağa. 

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov yaxşı insandır, yaxşı işçidir, buna sözüm yox. Amma, Azərbaycan adlı dövlətin ölüm-qalım məsələsini gətirib onun səviyyəsinə endirmək TƏHQİR VƏ MƏSULİYYƏTSİZLİKDİR. Bu nə yanaşmadır, bu nə özfəaliyyətdir? O nə mətbuat konfransıdır keçirilir? Orada o 4 nəfərdən KİM qərar qəbul etmək və qərar vermək səlahiyyətlərinə malikdir? Niyə Baş nazirin özü və cavabdeh nazirlər mətbuat qarşısına çıxıb ciddi söz demirlər? Daha bundan hansı ağır vəziyyət və məsuliyyətli durum olmalıdır ki, nəhayət ki, cavabdeh şəxslər səsini çıxartsınlar? 

İbrahim Məmmədov və ya orada iştirak edən digər yoldaşlar inciməsinlər. SÖHBƏT Azərbaycan dövlətinin, 10 milyonluq xalqın son dərəcə həyatı məsələlərindən gedir. Sizin mənə bəzi nağıllarınız da gərək deyil. El dili ilə desəm, Sizi və sizin nazirləri çaya susuz aparıb, susuz gətirərəm. Ətrafınıza baxın və ciddi düşünün. Nə Gürcüstanda, nə bədnam Ermənistanda, nə də digər postsovet ölkələrində belə ciddi, kritik bir vəziyyətə bu cür aşağı səviyyəli münasibət bəslənilmir. Şəxsən mən gündəlik mətbuatı 24 saat izləyən şəxs kimi bunu tam məsuliyyətimlə deyirəm və subut da etməyə hazıram. Ən azından Baş nazir Əli Əsədovun özü və nazirlər televiziya ekranlarından düşməməlidirlər. Vəziyyəti bu səviyyəyə gətirib çıxaran məmurlardan sonra cavab sorulacaq inşallah. Çox xahiş edirəm. Etməyin belə məsuliyyətsizliyi. Bu oyun və oyuncaq deyil. Vəziyyət get-gedə daha da qəlizləşir. Gəlin nəhayət ki, farmazonluqdan və yekəxanalıqdan ƏL ÇƏKİN. Çox şeylər yazmaq istəyirəm, amma hələ ki, özümü güclə saxlıyıram.

Allah özü Azərbaycanımızı, xalqımızı və dövlətimizi qorusun!!

P.S. MTRŞ başbiləni Nuşirəvan Məhərrəmli, bəlkə nəhayət TV kanalların rəhbərlərini dəvət edib, dünyanı cənginə alan dərdi-bəlanın müzakirəsi ilə bağlı ciddi verlişlərin, maarifləndirmə işlərinin daha da geniş şəkildə efirlərdə sayının artırılmasını müzakirə edəsiniz? Ay kişi, ay qardaş, daha sən nə vaxt bu ölkəyə və xalqa fayda verəcəksən ki?
Çox üzr istəyirəm. Bu cür münasibət məndə son dərəcə ciddi narahatçılıqlar yaradıb. Allah sonrasından saxlasın.
Redaksiyadan: Xatırladaq ki, 10 gün  bundan qabaq da Üzeyir Cəfərov koronovirusla bağlı rəsmi şəxslərə müraciət etmişdi. Həmin yazını bu linkdən oxuya bilərsiniz.(https://www.miq.az/az/herbi-ekspertden-koronavirus-xeberdarlii-sabah-artiq-gec-olacaq/?fbclid=IwAR1EoHGKHt31dLItp0TN1aDXtkwrw9TVz6-R39MG25ThBoCqF7kBFYDkyqc)
 
Üzeyir Cəfərov
Hərbi ekspert
Ehtiyatda olan polkovnik-leytenant



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az