İçərisində 116 adam olan təyyarə yoxa çıxdı
Hərbi təyyarə radarlardan itib
Myanmada hərbi təyyarə radarlardan yoxa çıxıb. İstiPress-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə hava limanı və ordu rəhbərliyi məlumat verib.
İlkin məlumata görə, təyyarənin göyərtəsində 116 adam olub. Onlardan 11-i ekipaj üzvi idi.
"Əlaqə qəfildən saat 13.35-də (Bakı vaxtı ilə 11.35) itdi. Bu zaman təyyarə Tava şəhərindən təqribən 20 mil qərbdə idi", deyə ordu rəhbərliyi bildirib.
Hava gəmisi Myen şəhərindən Myanmanın cənubundakı Yanqona uçurdu.
Miq.az