Bakının Binəqədi rayonunda yerləşən parkda təmizliyə riayət edilmir.
Minval.info xəbər verir ki, rayonun ən böyük istirahət məkanı sayılan "Heydər” parkının görüntüsünə görə ürəkaçan mənzərəsi olsa da, "daxili gözəlləyi” narazılıq yaradıb. Belə ki, saytımıza müraciət edən sakinlər bildirib ki, parkın cəmi bir ayaqyolu var, lakin orada natəmizlik hökm sürür.
"Bu boyda parkın tualeti zibil içindədir. Əl-üz yuyanın altı dağılıb tökülüb, içində boş kapron butulkalar qoyulub ki, təbii ehtiyacını ödəyən adam istifadə etsin. Ayaqyolu antisanitar vəziyyətdədir. İstirahətə gəlirsən, insanıq, təbii ehtihacını ödəmək istəyirsən, tualetə düşürsən, gördüyün mənzərə adamı dəhşətə gətirir. Yalnız təmizlik problemi deyil, ayaqyolunun şkafı xarabalığı xatırladır. Park düz rayon İcra Hakimiyyəti binasının qarşısında salınıb. Heç olmasa, buna görə, nəzarət olunmalıdır” – deyə sakinlər bildirir.
Şikayətçilərin göndərdiyi fotolardan da aydın görünür ki, parkın ayaqyolundakı təmizliyə nəzarət edən yoxdur. Eyni zamanda əl-üz yuyan çanaqların altının şkafı dağılmış vəziyyətdədir.







Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO