İran Baş Qərargahı Naxçıvana dron hücumunu - Təkzib edir

İran Baş Qərargahı Naxçıvana dron hücumunu - Təkzib edir
İran Silahlı Qüvvələrinin Baş Qərargahı Azərbaycan istiqamətində pilotsuz uçuş aparatlarının göndərilməsini təkzib edib. 

"Qafqazinfo” "Tasnim”ə istinadən xəbər verir ki, bu barədə Baş Qərargah bəyanat yayıb.

"İran İslam Respublikası bütün ölkələrin, xüsusilə müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşır və Silahlı Qüvvələr tərəfindən Azərbaycan Respublikasına pilotsuz uçuş aparatının göndərilməsini təkzib edir”, - bəyanatda deyilir. 

Tehran bu hücumun İsrail tərəfindən İran ilə qonşu müsəlman ölkələri arasında münasibətləri pozmaq üçün törədildiyini iddia edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az